Səhhəti ilə əlaqədar Göygöl rayonundan Bakıya gətirilən iki yaşlı uşaq yolda ölüb.
Mynews.az xəbər verir ki, hadisə dünən saat 20 radələrində Kürdəmir rayonu ərazisində baş verib.
Belə ki, halı pisləşən 2023-cü il təvəllüdlü Məmmədov Ramal Ramin oğlu yaxınlarının müşayiəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.
Bildirilib ki, azyaşlı bir neçə ay əvvəl yıxılaraq xəsarət alıbmış. Bundan sonra onun səhhəti ağırlaşıb və dünən Bakıya gətirilirmiş.
Faktla bağlı araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin edilib (Qafqazinfo).
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub