Bakıda evdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xətai rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 17000 manatdan artıq pul vəsaiti və qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.
Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 35 yaşlı R.Şirinov və 33 yaşlı R.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhərində isə bir nəfər polisə müraciət edərək icarədarı olduğu mağazadan mobil telefonunun oğurlanmasını bildirib. Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı A.Əliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində digər bir nəfərə məxsus mobil telefonu da dələduzluq yolu ilə ələ keçirib.
Araşdırmalar davam etdirilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub