Xaçmaz rayonunun Niyazabad kəndində 15 yaşlı yeniyetmənin bataqlıqda boğularaq ölməsinin təfərrüatı məlum olub.
Mynews.az-ın məlumatına görə, Niyazabad kənd tam orta məktəbinin IX sinif şagirdi Elçin Elman oğlu Bağırov məktəbdən buraxılış vərəqəsini alaraq bazar günü keçiriləcək imtahana hazırlaşırmış. O, evə qayıtdıqdan sonra mal-qaranı gətirmək üçün kənd ərazisindəki bataqlıq sahəyə yollanıb. Lakin o, bir daha geri dönməyib.
Yeniyetmənin ailəsinin məlumat verməsindən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. Gecə boyu davam edən axtarışlar nəticəsində səhər saatlarında Elçin Bağırovun cəsədi ərazidəki gölməçələrdən birində tapılıb və ailəsinə təhvil verilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub