Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.
Mynews.az-ın məlumatına görə, hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.
"Bu gün saat 16:05-dən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, üç kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.
Vəziyyətləri qənaətbəxş olan beş nəfər isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
Qida Təhlükəsizliyi Agentliyi den bildirilib ki, məsələ qurumun Abşeron-Xızı regional böməsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
"Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıblar.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub