Sosial şəbəkədə saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb.
Mynews.az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Belə ki, rayon sakini sosial şəbəkələrdə kredit vəd edən səhifələrin birinə müraciət ünvanlayaraq həmin səhifəyə bank kartı məlumatlarını göndərib. Həmin səhifə idarəçisi tərəfindən zərərçəkənin kartındakı 990 manat maddi vəsaiti talanıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K.Əmirahlı müəyyən olunaraq saxlanılıb.
Suraxanı rayonunda isə paytaxt sakininin bank kartından 4720 manatını oğurlayan 42 yaşlı R.Cəfərzadə də saxlanılıb.
Araşdırmalar aparılır.
"Bir daha qeyd edək ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla üzləşən vətəndaşlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edilməlidir. Belə saxta və imitasiyalı məlumatlara etibar etməməyiniz tövsiyə olunur", - DİN-in məlumatında deyilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub