Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonu Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bəkirov Məhəmməd Dursun oğlunun idarə etdiyi, Qazaxdan Bakıya sərnişin daşıyan avtobusla Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Museybov Elman Müsəllim oğlunun idarə etdiyi “Jeep” markalı avtomobil toqquşub. Qəza zamanı “Jeep”in sürücüsü ağır xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. E. Museybov avtomobildən çıxarılaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Məlumata görə E. Museybov keçmiş polis işçisidir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub