Azərbaycan Mərkəzi Bankı (AMB) "K Group” MMC-yə qarşı tədbir görüb.
Mynews.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində təsərrüfat subyektləri ilə hesablaşmaların aparılması, qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsi, AMB-yə təqdim edilmiş hesabatların düzgünlüyü, informasiya təhlükəsizliyi sahəsindəki öhdəliklərə əməl edilməsi təhlil olunub.
Şirkətin ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozduğu üzə çıxıb. Bu səbəbdən də "Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən, "K Group”a münasibətdə təshih tədbirləri tətbiq edilib.
Qeyd edək ki, 2014-cü ildə yaradılan "K Group” MMC paytaxtın ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart”ın operatorudur, nizamnamə kapitalı 23 milyon manatdır.
1
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
438 dəfə oxunub
2
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
438 dəfə oxunub
3
Səkinə Sadıxova vəzifəsindən azad edildi
434 dəfə oxunub
4
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
426 dəfə oxunub
5
9-cu sinif şagirdi vəfat etdi - FOTO
424 dəfə oxunub