“Azpulmat”a borcu olan şəxslərin sözlərinə görə, mütləq deyil ki, qeyd olunan müddətədək bütün borcu ödəsinlər. Hətta həmin vaxtda 1 manat da ödəmiş olsalar, borcları azalır. Ümumiyyətlə, “Azpulmat” kredit təşkilatında borcun üzərinə heç bir faiz də gəlmir. Maraqlıdır ki, normal banklarda ödəniş müddəti keçdikdə və məbləğ tam ödənilmədikdə, həmin məbləğə faiz əlavə olunur və banklar bununla qazanc əldə edirlər.
Məsələ ilə bağlı “Azpulmat”ın Mətbuat Xidmətindən bildirilib ki, təşkilat müddətin uzadılmasını qazanc məqsədilə deyil, sırf müştəriyə dəstək olmaq üçün edilir:
“Elə hallar ola bilər ki, müştəri həmin vaxtda məbləği tam ödəyib bağlaya bilməsin. Bu zaman müştərinin adı gecikməyə düşməsin, yəni gecikmə günləri yaranmasın deyə biz müddət uzatmasını belə tətbiq etmişik. Bu, sırf müştərilərə dəstək məqsədi daşıyır və burada heç bir qazanc məqsədi yoxdur”.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub