Beynində daşıdığı milyonda bir rast gəlinən virus 16 yaşlı Astara sakini Gülnarə Əlizadənin həyatına son qoyub.
Təqribən 2 ay əvvəl dərs vaxtı onun səhhətində problem yaranıb. Həkimlər tərəfindən görülən tədbirlərə baxmayaraq, qızın həyatını xilas etmək mümkün olmayıb.
Mütəxəssislər bildirirlər ki, yeniyetmənin ölümünə səbəb baş və beyində yaranan iltihabdır.
"Kəskin disseminəedici ensefalomiyelit baş və onurğa beyin iltihabı xəstəliyidir. İmmun sisteminə olan təsir nəticəsində beyində olan iltihab və buna bağlı zədə formalaşır. Hər hansı bakterial yoluxma və virus nəticəsində yarana bilər. Əsasən qış və yaz aylarında təsadüf olunur. İnfeksiyadan 2 həftə sonra nevroloji əlamətlər görünür. Temperaturun qalxması, yerişin pozulması, keyimələr, görmə pozuntusu, ikili görmə kimi əlamətlərə çox rast gəlinir", − deyə nevroloq Elşən Qarayev bildirib.
Mütəxəssislərin sözlərinə görə, müalicəyə vaxtında başlanılsa, müsbət nəticə əldə etmək mümkündür. Diqqət etməli olduğumuz ən həssas məqam düzgün diaqnozun təyin edilməsidir.
Ətraflı Baku TV-nin süjetində:
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub