Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məmmədrza-Dizə kənd tam orta məktəbində qeydə alınıb.
Məktəbin 11-ci sinif şagirdi Amin Ağayev sinif yoldaşı Sərxan Hacıyevlə dalaşıb. Hadisə nəticəsində S.Hacıyev yumruqla A.Ağayevi gözündən vurub. Hadisədən bir gün sonra A.Ağayevin həmin orta məktəbdə işləyən anası S.Hacıyevə irad bildirib. S.Hacıyev isə A.Ağayevin anasına ağır cavab qaytarıb. Bunu görən A.Ağayev üzərində gəzdirdiyi bıçaqla sinif yoldaşına iki zərbə endirib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə A.Ağayev 3 il 6 ay azadlıqdan məhrum edilib. A.Ağayev cəzasını uşaq tərbiyə müəssisəsində çəkəcək.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub