Hövsanda su kanalı daşır, ərazidə antisanitariya hökm sürür.
Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən “Hövsan bağları” adlanan ərazidə narahatlıq artmaqdadır.
Sakinlər iddia edirlər ki, Samur-Abşeron kanalının bəzi hissələri təmizlənmir, antisanitariya hökm sürür. Nəticədə isə kanal daşır, evlərin ətrafını su basır.
Mynews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Hövsan sakini iddia edir ki, kanalın bəzi hissələri təmizlənsə də, onıarın evinə yaxın ərazi təmizlənməyib.
Xüsusilə yağış yağan kimi kanalın daşaraq ətrafı basdığı iddia olunur.
Məsələ ilə bağlı aidiyyəti qurumlara xəbər verildiyi, lakin tədbir görülmədiyi deyilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər”ə bildirildi ki, müvafiq sukanal idarəsinin əməkdaşları ərazidə olublar, vəziyyətin səbəblərinə aydınlıq gətirilir.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub