Biləsuvarın Aşağı Cürəli kəndində 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlını qətlə yetirməkdə təqsirləndirilən 32 yaşlı Rüfət Əlizadənin məhkəməsi başa çatıb.
Mynews.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Əlizadə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, hadisədən bir neçə gün əvvəl Rüfətin ailəsi Vüsalın dayısı qızı üçün onların evinə elçiliyə gedib. Lakin qızın ailəsi onlara yox cavabı verib.
Bundan sonra Rüfət qızın onu sevdiyini bildirərək xanımı qaçıracağını deyib. Bunu görən qızın atası bacısı oğlu Vüsala Rüfətgillə danışmasını və bu fikirlərindən daşındırmasını xahiş edib. “Finca Azərbaycan” şirkətinin Cəlilabad filialında kredit mütəxəssisi işləyən V.İlhamlı da dayısının xahişi ilə onlara elçi göndərmiş Rüfətlə telefonda danışıb. Lakin bu zaman tərəflər arasında mübahisə yaranıb və onlar görüşüblər.
Gecə saat 23 radələrində Aşağı Cürəlidə baş tutan görüş zamanı tərəflər əvvəlcə əlbəyaxa olublar. Vüsala gücünün çatmayacağını görən Rüfət daha sonra onu bir neçə dəfə bıçaqlayıb. Ağır xəsarətlər alan Vüsal hadisə yerində ölüb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub