“Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib. Mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib. Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilmişdi”.
Bu sözləri Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev İTV-nin efirində deyib.
O bildirib ki, hadisə yerinə yaxın intervalda yerləşən ictimai iaşə obyektlərinə quraşdırılmış müşahidə kameralarından müəyyən görüntülər götürülüb: “Eyni zamanda təhlükəsiz şəhər kameralarından müəyyən görüntülər götürülüb, həmin görüntülərə də baxış keçirilib. Bundan başqa, mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib. İş və məktəb yoldaşları, o cümlədən yaxınları, dostları, qohumları və digər şəxslər şahid qismində istintaqa cəlb edilərək onların da dindirilməsi təmin edilib. Eyni zamanda hadisə barəsində əlavə məlumatların əldə edilməsi, mövcud məlumatların yoxlanılması və dəqiqləşdirilməsi istiqamətində əməliyyat qurumlarına da çoxsaylı əməliyyat tapşırıqları və sorğuları verilib”.
Qurum rəsmisi cəmiyyətə çağırış da edib: “Biz buradan da açıq çağırış edirik, kiminsə əsaslı versiyası varsa, çəkinmədən prokurorluğa müraciət edib həmin versiyanı və onun əsaslandığı sənədləri, dəlilləri, sübutları təqdim edə bilər.
Bunda narahatlıq doğuran bir məsələ yoxdur. Əsas narahatlıq doğuran məsələ dəqiqləşdirilməmiş məlumatların yayılmasıdır”.
Daha ətraflı süjetdə:
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub