Xətai Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Əkrəm Rəhimlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Mynews.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad olunub. İttihama görə, hadisə bu il paytaxtın Xətai rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Əkrəm Rəhimli evdə arvadı, zərərçəkmiş Jalə Rəhimli (ası, soyadı şərtidir) onun mobil telefonuna baxmağa başlayıb. O da arvadına telefona baxmamasını bildirib. Bu zaman onlar qısqanclıq zəminində mübahisə edib. Nəticədə Əkrəm Jaləni qəsdən yumruq və təpik zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyüb, ona bədən xəsarətləri yetirib.
Hadisədən sonra Əkrəm Rəhimli saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını bildirib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub