Son günlərdə Xəzər dənizinin Qazaxıstan sahillərində 200-dən çox suiti cəsədi aşkarlanıb. Xəzərin Qazaxıstan sahilləri ilə yanaşı, suiti cəsədlərinə Pirşağı çimərliyində də rast gəlinib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, Qızılqum çimərliyində dörd suiti cəsədinə rast gəlib.
"Davamlı inkişafda mavi texnologiyalar Mərkəzi”nin direktoru, professor Mehman Axundov mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu, mövsümi xarakter daşıyan prosesdir və adətən, payız aylarının sonunda və yaz aylarında müşahidə olunur:
"Cəsədlər, adətən, Abşeronun şimal hissəsində aşkarlanır. Bu isə küləklərlə bağlı olur. Abşeron Xəzər dənizinə daxil olduğu üçün şimaldan gələn dəniz axınları bu cəsədləri Abşeronun şimal sahillərinə gətirib çıxarır. Mərdəkan, Novxanı, Pirşağı istiqamətlərində biz bu halları müşahidə edə bilirik”.
O əlavə edib ki, Xəzər suitisi dünyada ən kiçik suiti növüdür:
"Onların öz biologiyası var. Onlar çoxalma üçün Xəzərin şimalına üz tutur, balalama dövründən sonra oradan cənuba qayıdırlar. Onlar Orta Xəzərdən, Qazaxıstan və Rusiyanın sularından keçirlər. Bu zaman aylarla qidalanmır, bu zaman da zəifləyirlər. Zəif suitilər yolda tələf olurlar. Təqribi 800-1000 kilometrlik yolda zəifləyən suitilərin tələf olması normaldır. Ovçuların onları öldürməsi ayrı məsələ, amma eyni zamanda, hər bir canlının təbii ölümü var. Qocalıq, zəiflik, aclıq, xəstəlik bioloji ölümə səbəb ola bilir”.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub