“Məni, Elgünün dayılarını, sinif yoldaşlarını, ətrafında olan hər kəsi dindiriblər”.
Mynews.az xəbər verir ki, bunu Musavat.com-a müsahibəsində Gəncədə meyiti tapılan Elgün İbrahimovun anası Fizzə Zeynalova deyib.
Fizzə Zeynalova prokurorluqda bir neçə dəfə olduqlarını deyib. Bildirib ki, onlara müxtəlif versiyalar üzərində araşdırmalar aparıldığını və ipuclarının olduğu deyilib.
Mərhumun anası səsləndirilən iddialarla bağlı fikirlərini növbəti dəfə bölüşüb:
“Əvvəl avtomobil qəzası dedilər. Sonra intihar versiyasını söylədilər. Hüquq-mühafizə orqanları deyir ki, onlar hər bir variantın üzərində işləməlidirlər. Amma bu hadisənin intihar olması mümkün deyil. Elgünü tanıyan, onun ətrafında olan hər kəs bunu bilir. Həyat dolu bir insan idi.
Bu versiya yoxdur. Maşın vurma versiyası və döyülmə versiyasını da istintaqın nəticəsində biləcəyik”.
Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsindən 16 gün keçir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub