Antalyanın Kəmər rayonunda keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev 2 nəfər tərəfindən bıçaqlanıb.
Mynews.az unikal.az-a istinadən xəbər verir ki, hadisəni törədənlər Azərbaycan vətəndaşlarıdır. Onlar hadisə yerindən taksi ilə Antalya hava limanına qaçıblar. Lakin polis azərbaycanlıları hava limanında saxlayıb.
Qeyd edək ki, hadisə Göynük bələdiyyəsində yerləşən Atatürk İdman Sarayında baş verib. Daxil olan məlumata görə, Atatürk İdman Sarayında keçirilən çempionat zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev iki şəxs tərəfindən bıçaqlanıb.
Araz Musayev sarayda olan sağlamlıq qruplarının ilkin yardımından sonra təcili yardımla Kəmər Dövlət Xəstəxanasına aparılıb. Burada edilən müdaxilədən sonra Musayev Antalya Şəhər Xəstəxanasına köçürülərək əməliyyat olunub. Onun müalicəsi davam edir.
Hadisə ilə bağlı Kəmər rayon Respublika Prokurorluğunun koordinasiyası ilə istintaq işləri davam etdirilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub