Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 32 yaşlı qadının körpəsi ölü doğulub.
Mynews.az report-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini, 1993-cü il təvəllüdlü Rüfanə Qorxmaz qızı Bayramova ötən gün xəstəxananın Doğum şöbəsinə müraciət edib. Həkimlər qadına səhhətinin qaydasında olduğunu deyib və ailə üzvləri onu evə aparıblar.
Bu gün səhər saatlarında qadının halı qəfildən pisləşib və yenidən xəstəxanaya gətirilib. Həkimlər qadının vəziyyətinin ağırlaşması səbəbindən onu əməliyyata götürüblər. Əməliyyatdan sonra R.Bayramovanın yaxınlarına körpənin tələf olduğu bildirilib.
Hazırda qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Qeyd edək ki, bu, qadının 5-ci hamiləliyi olub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub