Tovuzda qəbiristanlıqda həmkəndlisini döyüb öldürməkdə təqsirləndirilən Mübariz Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az Oxu.Az-a istiandən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Yusifov 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxs Mübariz Yusifov iyulun 1-də Tovuz rayonunun Yuxarı Öysüzlü kənd qəbiristanlığında şəhid oğlu Münasib Yusifovun məzarını ziyarətə gedərkən orada həmkəndlisi, 1958-ci il təvəllüdlü Novruz Hacıyevin heyvan otardığını görüb. Şəhid atası Novruz Hacıyevə irad tutub və qəbiristanlıqda olan heyvanları çıxararkən N.Hacıyev ona çomaqla hücum edib. Mübariz Yusifov çomağı ondan alaraq N.Hacıyevi yerə yıxaraq həmin çomaqla onun baş və bədən nahiyəsinə zərbələr endirib.
Yaralı xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Mübariz Yusifov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub