Mayın 31-i saat 09:15 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 64-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Qeyd olunub ki, 90-SO-616 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun sol hissəsindəki dəmir arakəsməyə çırpılıb.
Hadisə nəticəsində sərnişin, 1992-ci il Sənəm Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Südabə Əmirullayeva isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub