Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz tənzimləyicinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə iyunun 5-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci massivin bir hissəsinin, 28 May, D.Bünyadzadə küçələrinin və "Neftçi" MTK-nın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Onu da qeyd edək ki, Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində isə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə ““Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qaraçuxur qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir və budama işləri ilə əlaqədar 5 iyun tarixində elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək qəsəbənin Nizami İsmayılov və Cəlal Qurbanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub