Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saatlarında Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb.
Mynews.az-ın əldə etdiyi məlumata görə, sükan arxasında olan Ramal Vəliyev ata olacağı xəbərini aldıqdan sonra bu sevincli xəbəri dostları ilə birlikdə qeyd etməyə gedirmiş. Üç ildir övlad həsrəti çəkən çavuş bu xəbəri eşidər-eşitməz yaxın dostları ilə görüşüb, həmin gün yola çıxıblar.
Təəssüf ki, yol qəzası faciə ilə nəticələnib. Ramal Vəliyev və avtomobildə olan sərnişinlər — 1997-ci il təvəllüdlü Nəsibov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.
Qəzada həlak olan Rafət Nəsibovun ailəli olduğu, bir oğlan övladının olduğu bildirilir. Digər iki sərnişin isə subay olublar.


1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub