Tovuz rayonunda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib.
Mynews.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb:
"Bu video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib. Ancaq təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur".
İdarə valideynlərə bir daha müraciət edərək xatırladıb ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır.
"Etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub