Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.
Mynews.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Mercedes" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən iyunun 7-də, saat 13:50-də Nərimanov rayonu, Böyükşor gölü ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.
"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı (kişi cinsli) şəxs isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", məlumatda deyilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub