Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda yerləşən Sabunçu bazarı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Mynews.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bazar ərazisində ümumi sahəsi 2000 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 130 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobili, ümumi sahəsi 100 m² olan kafenin və hər birinin sahəsi 10 m² olan kişi bərbərxanasının, avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları ümumilikdə 250 m² sahədə yanıb.
Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub