Son illər ölkəmizdə skuter və digər elektrikli fərdi hərəkət vasitələrindən istifadə hallarında əhəmiyyətli artım müşahidə olunur.
Lakin, bu nəqliyyat vasitələrində hərəkət edən bəzi şəxslərin yol hərəkəti qaydalarına laqeyd münasibəti onların özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.
Skuterlərfın istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:
- bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
- piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
- işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
- gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
- azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.
Qeyd olunan bu cür davranışlar təkcə inzibati məsuliyyət doğurmur, eyni zamanda ağır nəticələrə səbəb ola biləcək qəzalara zəmin yaradır.
Bir daha xatırladırıq:
Skuter nəqliyyat vasitəsidir və onu idarə edən hər bir şəxs yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub