Bakıda taksi sürücüsünü soymaq istəyən şəxslərdən biri hadisə zamanı bıçaqlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 26-da saat 6 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vahid Mövlazadənin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan 4 naməlum şəxs metronun "20 Yanvar" stansiyasına gedəcəklərini bildiriblər. A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər.
V.Mövlazadə avtomolbildən düşərkən özünə məxsus bıçaqla onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirib və səs-küy yarandığından həmin şəxslər hadisə yerindən qaçıblar.
Görülmüş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Qardaşxan Abdullayev, Şirvan şəhər sakini Ceyhun Məmmədzadə, Cəlilabad rayon sakini Rəfayel Əlizadə Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub, digər 1 nəfər isə müəyyən edilib.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub