Almaniyada yaşayan bloqer Qabil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Mynews.az-ın məlumatına görə, istintaq orqanı barəsində qiyabi icraat aparılan Qabil Məmmədov və onun müdafiəçisinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il iyunun 23-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq.
Q.Məmmədova izah edilir ki, o, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür.
Qeyd edək ki, Qabil Məmmədov ayrı-ayrı şəxslərə yalan vəd verməkdə dələduzluq etmə, hədə-qorxu ilə tələb etmə, terrorçuluq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya onlarda fəal iştirak etmə və digər cinayətlərdə ittiham olunur.
İki ay əvvəl o, rəsmi qaydada Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Çağırışa gəlmədiyindən sonradan təyin olunmuş vəkilin iştirakı ilə Binəqədi Rayon Məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub