"Mahir Ay Brat" kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən həbs edilib.
Mynews.az xəbər verir ki, Mahir Qonşuyev elektron qandal qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib.
Hazırda Mahir Qonşuyev tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 30 yanvar 2024-cü il hökmünə əsasən, Mahir Qonşuyev barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub