Bir neçə gündən sonra 14 yaşı olacaq. Həmyaşıdlarından fərqli olaraq həyat onu valideyn himayəsidən məhrum edib. 7 yaşı olanda anasını itirib, atası isə ona sahib çıxmaqdan imtina edib. Anasının ölümündən sonra isə qıza xalası baxıb.
Mynews.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Sabunçu rayonunda xalasının himayəsində yaşayan qız məktəbə getməyib, oxuyub yazmağı isə indi öyrənir.
O iddia edir ki, xalasının qeyri-rəsmi nikahda yaşadığı 49 yaşlı Tahir Sadıqov tərəfindən ona qarşı qeyri-etik hərəkətlər edilib.
Azyaşlı qız iddia edir ki, bununla bağlı digər qohumlarına məlumat versə də, onun dediklərinə məhəl qoyan olmayıb. Düz 7 il xalasının evində şiddətə və istismara məruz qalıb.
49 yaşlı T. Sadıqov isə qızcığaza başına gələnləri danışacağı tədqirdə çəkdiyi viedoları yayacağı ilə hədələyib.
DİN-dən bildirilib ki, faktla bağlı ərazi üzrə polis bölməsində cinayət işi açılıb. Gürcüstan vətəndaşı olan 49 yaşlı Tahir Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub