Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları xarici ölkələrə işə düzəltmək və viza almaq vədi ilə aldadan şəxs saxlanılıb.
Mynews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
Məlumata görə, əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş, 28 yaşlı Əsəd Əsədzadə müxtəlif vədlərlə vətəndaşların etibarını qazanaraq onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
“Əsədzadə zərərçəkənlərə xarici ölkələrə viza düzəldəcəyini və işlə təmin ediləcəklərini deyərək, onlardan pul alıb. Sonradan bu vədlərini yerinə yetirməyərək, dələduzluq əməllərinə yol verib. Onun Bakı şəhərində də eyni üsulla dələduzluq faktları törətdiyi müəyyən olunub”, – deyə E.Hacıyev bildirib.
Faktla bağlı araşdırma aparılıb və Əsəd Əsədzadə barəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
DİN rəsmisi əlavə edib ki, bu şəxsin əməllərindən zərər çəkmiş başqa vətəndaşlar da varsa, bu barədə yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri xahiş olunur.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub