Xəbər verdiyimiz kimi, ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Mynews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillərin toqquşması zamanı həyatını itirən şəxslərdən 26 yaşlı Elçin Süleymanov “Azərsun” şirkətinin bu rayondakı nümayəndəliyində çalışırmış. O, Xocavənd Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Muradlının qardaşıdır.
Qəzada Elçinlə birgə “Mercedes” markalı avtomobildə olan qardaşlar - 1986-cı il təvəllüdlü Ceyhun və 1991-ci ildə anadan olmuş Nicat Qurbanov da həlak olublar. Onlar rayonda kombayn işlədən şəxs kimi tanınıblar.
Hadisə nəticəsində “KİA” markalı avtomobilin sürücüsü Bəndalı Qənbərov isə ağır xəsarətlər alıb. O, “Aqroservis” ASC-nin Füzuli rayon şöbəsində çalışır.
B.Qənbərovun vəziyyəti ağır olduğundan Bakıda xəstəxanaların birinə təxliyə edilib.
Faktla bağlı araşdırma davam etdirilir.

1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub