Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib.
Mynews.az xəbər verir ki, şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir şəhərində dünyasını dəyişib.
Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, R.Əhmədov 1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olub. Mingəçevir şəhər 9 saylı tam orta məktəbi bitirib. Orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.
2016-ci ilin aprelin 14-də düşmənin silahlı birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olub.
İki övladı yadigar qalıb.

1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub