Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə düşüb.
Mynews.az-ın məlumatına görə, hadisənin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.
Görüntülərdən aydın olur ki, Cümşüd kanalizasiya xəttinə “lyuk”un qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb.
AZTV də sözügedən hadisə ilə bağlı ərazidən süjet hazırlayıb. Bildirilib ki, həmin ərazidə asfalt örtüyü 6 ay əvvəl çöküb və problem hələ də həllini tapmayıb.
Qeyd edək ki, hadisənin iyunun 26-sı baş verdiyi bildirilir. Axtarış-xilasetmə işləri hələ də davam etdirilir.
Cümşüd ailənin tək övladı olub və o, hadisə baş verən gün evdən marketə getmək adı ilə çıxıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub