Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də hüquq-mühafizə orqanlarının azərbaycanəsilli şəxslərə qarşı həyata keçirdiyi hücumda və soydaşlarımızın qətlində iştirak etdiyi ehtimal edilən polislərin fotoları dərc edilib.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Evocation" Teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, həmin polis zabitləri Viktor Poznyak, Nikolay Paçayevets, Rafael Xamidulin və Aleksandr Smirnıxdır.
Məhz bu şəxslərin ölümlə nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri və buna görə məsuliyyət daşıdıqları qeyd olunur.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları - Hüseyn və Ziyəddin - olduğu bildirilir.
Onların nəşləri iyunun 30-da Bakıya gətirilib, ekspertiza olunub və iyulun 1-də Ağcabədidə dəfn edilib.

1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub