Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru avtomobil qəzasında həlak olub.
“Şərqin qapısı” dünən Ordubad rayonunun Nürgüt kəndində baş vermiş hadisənin görüntülərini yayıb.
Görüntülərdən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Ordubadın Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlunun idarə etdiyi pikap tiplu avtomobilin qəzadan sonra aşması və banı üstündə qalması məlum olur.
Qeyd edək ki, A.Yusibov Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, rayonun Ələhi kənd orta məktəbinin direktoru olan A.Yusibov AZAL-ın 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarədə həlak olan stüardessa, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adı verilən Hökumə Əliyevanın bibisi oğludur. Hadisə A.Yusibov ot biçini sahəsinə gedərkən baş verib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub