2024-cü il dekabrın 25-də AZAL-ın "Embraer 190" mülki təyyarəsinin vurulması ilə bağlı yeni detallar üzə çıxıb.
Mynews.az xəbər verir ki, "Minval Politika"nın əldə etdiyi məlumata görə, Cənub Hərbi Dairəsinin döyüş növbətçiliyini yerinə yetirən aşağıdakı hərbi qulluqçuları raket buraxılışı zamanı icra edilən fəaliyyətin birbaşa şahidi və iştirakçılarına çevriliblər.
Beləliklə, 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının döyüş idarəetmə qrupunun böyük şturmanı, kapitan Dmitri Yevgeniyeviç Pudovkin;
Cənub Hərbi Dairəsinin qərargahının əməliyyat növbətçisi, polkovnik-leytenant Vladimir Viktoroviç Yanovski;
Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiənin 4-cü Mühafizə Ordusunun komanda məntəqəsinin operativ növbətçisi, polkovnik Gennadi Nikolayeviç Yeremenko - təyyarəmizin atəşə tutulması zamanı icra edilən fəaliyyətin birbaşa şahidi və iştirakçılarına çevriliblər.
Xatırladaq ki, bir neçə gün əvvəl AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum olub.
AZAL-a məxsus "Embraer 190" mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur. Lakin adı çəkilən bu şəxs nəinki cəzalandırılıb, əksinə vəzifəsi artırılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub