İyulun 29-na keçən gecə saat 1 radələrində Novxanı-Sumqayıt yolunda (Sahil küçəsi) baş vermiş ağır qəzanın görüntüləri yayılıb.
Mynews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdən 1961-ci il təvəllüdlü İlqar İbrahim oğlu Quliyevin idarə etdiyi "Lexus” markalı 90-SS-344 nömrə nişanlı avtomobillə "Gəmi” restoranından çıxması, bu zaman 1990-cı il təvəllüdlü Əlfəddin Əlfəddin oğlu Əbdülhəsənovun sürdüyü "KİA” markalı 99-UJ-848 nömrəli maşının ona çırpılması məlum olur.
Hadisə nəticəsində avtomobillər tamamilə yararsız hala düşüb. Ə.Əbdülhəsənov və sərnişini olan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova xəstəxanaya yerləşdiriliblər. Lakin az sonra G.Hüseynova vəfat edib. Ə.Əbdülhəsənovun vəziyyəti orta-ağırdır.
Araşdırmalar davam etdirilir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub