Bu gün səhər saatlarında Hacıqabulda baş vermiş ağır qəzada həyatını itirən şəxs polis əməkdaşı imiş.
Mynews.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Qazax magistralında yük avtomobili ilə toqquşan və daha sonra metal arakəsməyə çırpılan "Mercedes” markalı təcili tibbi yardım maşınında ölən şəxs polis baş serjantı Rəsul Qurbanlı olub.
Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı olan R. Qurbanlı operativ nəqliyyat vasitəsi ilə Füzulidən Bakıya, xüsusi təyinatlı tibb müəssisəsinə gətirilən xəstəni müşayiət edirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.

1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub