Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası Nazim Gözəlov vəfat edib.
Sfera.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Gözəlov bu gün müalicə aldığı Biləsuvar Rayon Xəstəxanasında dünyasını dəyişib. Məlumata görə, o, yaxın vaxtlarda Bakı şəhərindəki xəstəxanalardan birində mədə əməliyyatı keçirib. Əməliyyat zamanı onda bədxassəli şiş aşkarlanıb.
Qeyd edək ki, şəhid Ceyhun Nazim oğlu Gözəlzadə 2002-ci il aprelin 25-də Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. O, kənd orta məktəbini bitirdikdən sonra 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb.Ceyhun Gözəlzadə Vətən Müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub