Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov vəfat edib.
Bu barədə Ədliyyə Nazirliyindən Mynews.az-a məlumat verilib.
Rauf Əsədov 1999-cu ildən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayında müxtəlif vəzifələrdə, 2019-cu ildən etibarən Mühafizə Alayanın komandiri vəzifəsində çalışıb, məsuliyyətli və peşəkar fəaliyyəti ilə fərqlənib.
2025-ci ilin 20 iyun tarixində ədliyyə nazirinin müvafiq əmri ilə nümunəvi xidmət etdiyinə və hərbi xidmət vəzifələrini yerinə yetirdiyinə görə ona vaxtından əvvəl polkovnik rütbəsi verilib.
Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Rauf Əsədovun vəfatından kədərləndiklərini bildirir və ailəsinə başsağlığı verirlər.
Qeyd edək ki, Rauf Əsədov ötən gün infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub