Bu gün günorta saatlarında Quba-Qusar yolunda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi müəyyənləşib.
Mynews.az apa-ya istinadən bildirir ki, ölən şəxslər 1983-cü il təvəllüdlü Şahmirzəyev Ruslan Mirzəbala oğlu və Novruz Vahidlidir.
Qəza nəticəsində daha 5 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alan şəxslər Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ü ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb, 2 nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
15:45
Quba-Qusar yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az-ın Apa-ya istinadən verdiyixəbərə görə, hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb.
40 BN 070 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və 10 DU 314 dövlət nömrə nişanlı, BMW markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü bildirilir.
İlkin məlumata görə, onların hər ikisi “VAZ 2107”-də olan şəxslərdir.
Faktla bağlı araşdırma aparılır.


1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub