Azərbaycanda ticarət şəbəkəkələrində malların alıcılara üzərindəki qiymətdən fərqli qiymətə satışı halları davam edir.
Mynews.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti növbəti belə halı “Zeta Clothing” MMC-də aşkarlayıb.
Şirkət qeyri-qida məhsulu üzərində göstərilmiş qiymətdən baha qiymətə satıb.
Baş verən pozuntuya görə, MMC-yə iyulun 14-də İnzibati Xətalar Məcəlləsinin 447.0.1 bəndi - "Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması" üzrə protokol yazılıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə hüquqi şəxslər üzrə cərimə məbləği 4-6 min manat arasında dəyişir. Qeyd edək ki, “az miqdarda” dedikdə, 300 manata qədər olan məbləğ başa düşülür.
Onu da bildirək ki, “Zeta Clothing” MMC-nin nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin qanuni təmsilçisi isə Məcidov Samir Yaqub oğludur.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub