Son vaxtlar sosial şəbəkələrdə "BakıKart"larda yaranan problemlərlə bağlı narazılıqlar müşahidə olunur.
İstifadəçilər bildirirlər ki, kartların xəbərdarlıq edilmədən bloklanması onları çox vaxt yarı yolda qoyur.
Sakinlər həmçinin "BakıKart" terminallarının azlığından da şikayətçidirlər.
Mynews.az xəbər verir ki, Baku TV məsələ ilə bağlı "BakıKart"ın rəsmi səhifəsinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, məhdudiyyətsiz istifadə hüququ verən "BakıKart" istifadəçi tərəfindən karta ödənişlər edildiyi təqdirdə qeyri-müəyyən sayda ictimai nəqliyyatdan istifadə etməyə imkan verir:
"Məhdudiyyətsiz istifadə hüququ ilə buraxılan "BakıKart"ın zəmanət müddəti onun ilk istifadəsindən etibarən 3 il təşkil edir. Bu müddət ərzində kartdan istifadə edilmədiyi halda istifadəçi ilə bağlanmış müqavilə ləğv edilmiş sayılır. Ödənişlərin həyata keçirilməsi üçün Bakı şəhəri ərazisində 180 "BakıKart" terminalı və 2600 digər ödəniş vasitələri mövcuddur. Həmçinin alternativ olaraq onlayn yükləmə üsulunu tövsiyə edirik".
Eyni zamanda, o da qeyd olunub ki, hazırda "BakıKart"ın balansını müxtəlif mobil tətbiqlər vasitəsilə artırmaq və QR bilet yaratmaq da mümkündür. Bütün bu yeniliklər vətəndaşların ödəniş rahatlığını təmin etmək məqsədi daşıyır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub