Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) mayoru Erkin Ələkbərov vəfat edib.
Mynews.az “Unikal”a istinadən xəbər verir ki, 36 yaşlı mayor xidməti vəzifəsini yerinə yetirərkən ürəktutmadan ölüb.
Məlum olub ki, E.Ələkbərovun atası da 48 yaşında eyni səbəbdən dünyasını dəyişib. O da həmçinin XDMX-nin (indiki PTX) polkovnik-leytenantı olub.
Erkin Ələkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, daha sonra Milli Qvardiyada xidmət edib.
Onun 5 yaşında qızı və 1 yaşında oğlu var.
Qeyd edək ki, zabit Azərbaycan Milli Karate yığmasının üzvü, Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı və İslam Oyunlarının qızıl medalçısı Tural Ələkbərlinin qardaşıdır.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub