Bakıda əqli cəhətdən zəif olan yeniyetmə oğlan 12 yaşlı tanışını xüsusi amansızlıqla döyüb.
Mynews.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Səmədzadə küçəsində baş verib.
2008-ci il təvəllüdlü Məsud Ağayev (soyadı şərtidir) əqli inkişafdan qaldığından özündən kiçik oğlanlarla söhbət edib, onlarla danışıb. 9-cu sinfə qədər internat məktəbində böyüyən Məsudu anası götürüb evinə gəlib və məhəllələrindəki oğlanlarla münasibət qurmağa icazə verib.
Məsud məhəllədə özündən yaşca balaca olan Elgünlə tanış olub və onunla münasibət qurub. Bir müddət sonra Məsud məhəllədəki Anar və Xəyal adlı azyaşlılara pul verərək, mağazadan nəsə almağı xahiş edib. Azyaşlılar mağazaya getmək istəsələr də, Elgün onlara - "getməyin, o gicdir, internatda böyüyüb", - deyib. Elgünün bu sözünə əsəbiləşən Məsud onu vurub oturduğu velosipeddən yıxıb. Daha sonra o, Elgünü yerdə təpikləyib.
Elgün aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib və məlum olub ki, azyaşlının dalağı partlayıb. Əməliyyat yolu ilə Elgünün dalağı kəsilərək bədənindən xaric edilib.
Faktla bağlı cinayət işi başlanıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə M.Ağayev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə onun xəstə və yeniyetmə olduğunu nəzərə alaraq ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzasını şərti hesab edib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub