Xəbər verdiyimiz kimi, avqustun 30-u saat 09:20 radələrində Kürdəmir şəhərinin Vaqif küçəsində 1999-cu il təvəllüdlü Rüstəm Şahin oğlu İsmiyev ağır qəza nəticəsində həlak olub.
Mynews.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, baş vermiş hadisənin görüntüləri yayılıb.
Görüntülərdən Rüstəmin yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobillə əvvəlcə “VAZ” markalı avtomobillə toqquşduğu, daha sonra idaretmədən çıxdığı və digər avtomobilin arxa hissəsinə toxunaraq yolun kənarına doğru istiqamətləndiyi və xeyli məsafə qət edərək ofisə çırpıldığı məlum olur. Bildirilib ki, avtomobilin sürəti saatda təxminən 130-140 kilometr olub.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, 26 yaşlı R.İsmiyev əvvəllər Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd üzrə nümayəndəsinin müavini vəzifəsini tutub. Son olaraq Kürdəmir Peşə Liseyində çalışırmış. Onun atası Şahin İsmiyev isə uzun müddət DSMF-nin bu rayondakı şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub