Göygöl rayonunda qayınata gəlinini balta ilə vurub.
Mynews.az “Oxu.az”a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.
Kənd sakini Cəmil Əliyev (ad və soyad şərtidir) yaşadığı evin qapısını açıq görüb.
O, otağa daxil olaraq gəlinindən qapını niyə açıq qoyduğunu soruşub. Həmin vaxt qayınata ilə gəlin arasında mübahisə baş verib və Cəmil gəlinini küçə söyüşləri ilə təhqir edib.
Hadisədən əsəbiləşən gəlin də qayınatasını söyüb. Nəticədə Cəmil gəlininin saçından tutaraq dartıb onu yerə yıxıb. Daha sonra Cəmil evdən baltanı götürərək gəlinin başına zərbə endirib. Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə C.Əliyev aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla altı ay islah işləri cəzasına məhkum edilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub