Bakının Xəzər rayon sakini Mirvari Turabovanın övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs tutulub.
DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Qafqazinfo”ya bildirib ki, vətəndaşın azyaşlı övladının xəstəlik vəziyyətindən sui-istifadə edilərək sosial şəbəkələrdə fotosunun paylaşılması və bu yolla pul toplanılması ilə bağlı daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.
Araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Feyruz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 000 manata yaxın ianənin toplandığı müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, M.Turabovanın şikayəti ötən gün saytımızda işıqlandırılmışdı.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub