Lənkəran rayonu ərazisində yerləşən "Hirkan" qazpaylayıcı stansiyasında istismarda olan qaz tənzimləyicisinin baypas xətti üzərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə 26 yaşayış məntəqəsini əhatə etməklə, ümumilikdə, 14 000-ə yaxın abonentin təbii qaz təchizatında fasilə yaranacaq.
Mynews.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, sabah saat 10:00-dan etibarən Hirkan, Gərmətük, Aşağı Nüvədi, Xanbulan, Bürcəli, Mamusta, Parakənd, Daşdalıcəran, Səpnəkəran, Yuxarı Nüvədi, Türkəkəran, Moğonojba, Şürük, Şıxakəran, Xolmili, Vel, Siyavar, Kənarmeşə, Seydəkəran, Tütəpeştə, Bala Şürük, Sütəmurdov, Velədi, Şilim, Kosalar və Viyən kəndlərinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub